1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
HƏMAS-la İsrail fevralın 22-də azad edilməli olan fələstinli məhbusların sərbəst buraxılması ilə bağlı razılığa gəliblər. Bu proses İsrail girovlarının cəsədlərinin təhvil verildiyi gün həyata keçirilməli idi.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə hərəkatın "Telegram" kanalında dərc olunmuş bəyanatda məlumat verilib.
Sənəd HƏMAS nümayəndə heyətinin Qahirəyə səfərinin yekunları əsasında hazırlanıb.
"Son qrup çərçivəsində azad edilməli olan fələstinli məhbusların sərbəst buraxılmasında yaranan gecikmənin həlli ilə bağlı razılıq əldə olunub. Onlar İsrail girovlarının cəsədlərinin təhvil verildiyi vaxt azadlığa çıxacaqlar", - deyə bəyanatda qeyd olunub.
Açıqlamada vurğulanıb ki, Qahirədə HƏMAS-ın Qəzza sektorundakı lideri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti Misir rəsmiləri ilə atəşkəs razılaşmasının icrası, girovların mübadiləsi və danışıqların ikinci mərhələsinin perspektivlərini müzakirə ediblər.