AZ

"Mançester Siti" millinin 40 milyonluq qapıçısını istəyir

İngiltərənin "Mançester Siti" klubu yeni qapıçı transfer etməyi planlaşdırır.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bu, "Portu"nun (Portuqaliya) qolkiperi Dioqu Koştadır.

Xəbərə görə, 25 yaşlı qolkiper "șəhərlilər"in əsas "çərçivə" qoruyucusu Edersonun əvəzləyicisi qismində heyətə cəlb oluna bilər.  MS-in sözügedən futbolçunu bu ilin yayında almaq istədiyi bildirilib.

Qeyd edək ki, cari mövsüm Koşta "Portu"nun forması ilə 23 matçda 19 qol buraxıb. O, 12 görüşdə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı Dioqunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Seçilən
112
9
fanat.az

8Mənbələr