AZ

Mədəniyyət Nazirliyi deputatın qohumu ilə anlaşdı: 200 minlik gül alacaq

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC bu il üçün 198 min 830 manatlıq gül və əklil alacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə tenderlərlə bağlı rəsmi saytda məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, keçirilən tenderə sasən nazirliyin tabeliyindəki qurum tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün güllərin və əklillərin satın alınmasını həyata keçirəcək. Bu məqsədlə İlkin Qalib oğlu Əskərovla satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, İlkin Əskərovla bağlı açıq mənbələrdə hər hansı məlumat yoxdur. Onun tenderlərdə iştirakı ilə bağlı da heç bir məlumat mövcud deyil.

Tribunainfo.az daxil olan bəzi məlumatlarda isə iddia edilir ki, Mədəniyyət Nazirliyinin tenderinin qalibi olmuş İlkin Əskərov Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda deputat olan Asif Əsgərovun yaxın qohumudur.

Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
152
23
Demokratikmusavat.com

10Mənbələr