AZ

AFFA Premyer Liqa klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan”ın 5 nəfər sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib.

“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” 500 manat cərimə edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimələnib.


Telegram kanalımız
Seçilən
69
4
yenisabah.az

5Mənbələr