“Roma” klubunun baş məşqçisi Klaudio Ranyerini UEFA 20 min avro məbləğində cərimələyib.
Yenisabah.az “Football Italia”ya istinadla xəbər ver4ir ki, buna səbəb onun Avropa Liqasının “Portu” ilə ilk pley-off matçından (1:1) sonra hakim Tobias Ştiler və Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti barəsində səsləndirdiyi tənqidi fikirlər olub.
Ranyeri hakimin komandasına qarşı qərəzli davrandığını güman edib və “Roma”nın yarımmüdafiəçisi Brian Kristantenin meydandan qovulmasından narazı qalıb.
73 yaşlı mütəxəssisin tənqidi Roberto Rozettiyə də yönəlib. Məşqçi Ştilerin həmin oyuna təyinat alması qərarını şübhə altına alıb. O, Ştilerin idarə etdiyi əvvəlki 22 oyunda səfər komandalarının cəmi doqquz heç-heçə etdiyini, qalan bütün qarşılaşmalarda isə meydan sahiblərinin qalib gəldiyini deyib.
Telegram kanalımız