Dünyanın ən böyük aysberqi Antarktidadakı ucqar bir adadan təxminən 70 kilometr aralıda saya oturub və potensial olaraq həyati əhəmiyyətli vəhşi təbiət sığınacağı zərbədən xilas olub.
AZƏRTAC xəbər verir ki, sahəsi təxminən 3300 kvadratmetr kilometr və təqribən 1 trilyon ton ağırlığında olan A23a nəhəng aysberqi 2020-ci ildən bəri Antarktidadan şimala, Cənubi Corciya adasına doğru sürüklənir. “The Guardian” yazır ki, bu, aysberqin ada ilə toqquşması və ya onun yaxınlığındakı dayaz sularda saya oturaraq pinqvinlərin və suitilərin balalarını qidalandırmaq qabiliyyətini poza biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Aysberqin əbədi olaraq dayaz yerdə ilişib qalacağı qeyri-müəyyən olaraq qalır. Britaniya Antarktika Tədqiqatının okeanoloqu Endryu Meyers bildirib ki, bundan sonra nə olacağını görmək maraq doğurur.
2023-cü ilin sonlarında A23a ilə qarşılaşan və o vaxtdan bəri peyk vasitəsilə onun taleyini izləyən Meyers deyib: “Son bir neçə onillikdə Cənub Okeanı vasitəsilə bu marşrutu izləyən bir çox aysberq tezliklə parçalanır, dağılır və əriyir”.
Dünyanın ən böyük və ən qədim aysberqi 1986-cı ildə Antarktika şelfindən qopub.
O, 2020-ci ildə “azadlığa çıxana” qədər 30 ildən çox dayaz yerdə ilişib qalıb. Onun şimala yöndəmsiz səyahəti bəzən okean qüvvələri tərəfindən gecikdirilib ki, bu da aysberqin yerində fırlanmasına səbəb olur. Əvvəllər peyk görüntüləri belə aysberqlərin adi şəkildə daha kiçik parçalara parçalanmadığını göstərirdi. Lakin yanvar ayında 19 kilometr uzunluğunda bir parça aysberqdən qopub.