Sumqayıtda evdə 62 yaşlı qadının meyiti tapılıb. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Tamilə Cavadovanın meyiti onun yaşadığı ünvanda aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.