Demokrat.az xəbər verir ki, mütəxəssislər qaraciyəri təmizləyən, bərpa edən və sağlamlığını qoruyan bəzi qidaların siyahısını təqdim edir:
Yaşıl yarpaqlı tərəvəzlər - İspanaq, kahı və brokoli qaraciyəri toksinlərdən təmizləməyə kömək edir.
Sarımsaq - Qaraciyərin ferment istehsalını artıraraq, zərərli maddələrin bədəndən atılmasını sürətləndirir.
Zeytun yağı - Qaraciyəri yağlanmadan qoruyur və sağlamlığını dəstəkləyir.
Qırmızı çuğundur - Qan dövranını yaxşılaşdırır və qaraciyəri detoksifikasiya prosesində dəstəkləyir.
Qoz və badam - Tərkibində olan omeqa-3 yağ turşuları qaraciyəri yağlanmadan qoruyur və onun funksiyasını yaxşılaşdırır.
Zəncəfil və sarıkök - Güclü iltihabəleyhinə təsir göstərir və qaraciyərin təmizlənməsinə kömək edir.
Yaşıl çay - Antioksidantlarla zəngindir və qaraciyəri sərbəst radikallardan qoruyur.