AZ

XƏBƏRDARLIQ! Qarşıdakı 3 gün…

Yaxın günlərdə günəş aktivliyinin azalması gözlənilir.

Busaat.az Lent.az-a istinadən xəbər verir ki, martın 6-8-si üçün ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi günəş və geomaqnit aktivliyinin proqnozunu yayıb.

Geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir – K-indeksi – 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, qasırğa və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar.

Son bir neçə gündür davam edən qasırğa nəhayət, səngiyəcək. Martın 6-da insanlara təsir etməyəcək kiçik maqnit pozuntuları gözlənilir. Artıq martın 7-də maqnitosfer normal olacaq. Lakin martın 8-də zəif geomaqnit pozuntuları gözlənilir.

Qeyd etmək lazımdır ki, proqnoz hələ də dəyişə bilər, çünki günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir yeniləyirlər.

Seçilən
31
1
busaat.az

6Mənbələr