AZ

Premyer Liqadakı braziliyalıların 3-nə cəza verildi

Premyer Liqanın 26-cı turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç komandada 4 futbolçu meydana çıxa bilməyəcək. Həmin oyunçulardan 3-nün braziliyalı olduğunu xatırladaq.

Bunlar “Araz-Naxçıvan”dan İqor Riberyo ilə Vanderson Melo, “Neftçi”dən Yuri Matias, “Sabah”dan Amin Seydiyevdir.

Adları çəkilənlər ötən turda sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüb.

Maraqlıdır ki, sözügedən komandaların hər biri avrokuboklara vəsiqə üçün mübarizə aparır. Ona görə də əsas heyət üzvlərinin hər biri onlar üçün ciddi itki sayılmalıdır.

Martın 8-də “Araz-Naxçıvan” – “Qarabağ”, ertəsi “Şamaxı” – “Sabah”, “Sabah” – “Zirə” – “Səbail”, martın 10-da “Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
149
17
sportinfo.az

8Mənbələr