AZ

60 milyon funt-sterlinqə aldı, 15 milyona satmağa razıdır

"Mançester Yunayted" Kazemironun yay transferində 15 milyon funt sterlinqə satılmasına razıdır.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumatına görə, klub 33 yaşlı braziliyalı yarımmüdafiəçini 20 milyon funt-sterlinqdən aşağı qiymətə satmağa hazırdır. Kazemironun satışı "Mançester Yunayted"ə maliyyə itkilərindən qaçmağa və Premyer Liqanın maliyyə qaydalarını pozmamağa kömək edə bilər.

Qeyd edək ki, "qırmızı şeytanlar" 2022-ci ildə Kazemironu "Real Madrid"dən 60 milyon funt-sterlinqə transfer etmişdi.

saytlarin hazirlanmasi

Seçilən
119
10
sportal.az

10Mənbələr