AZ

Ötən il 2 134 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilib

Hesabat dövründə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzil verilib.

Day.Az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü il ərzində növbədə olan imtiyazlı şəxslərdən 93 nəfər avtomobillə təmin olunub.

Sosial müdafiəyə daha çox ehtiyacı olan 2 134 nəfər əlilliyi olan şəxsə reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardım verilib.

Həmçinin 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 75 nəfər 20 Yanvar şəhidinin ailəsi və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar 243 nəfər əlilliyi olan şəxs olmaqla, ümumilikdə 318 nəfərə, Çernobıl AES-də qəzanın 38-ci ildönümü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyacı olan 500 nəfər əlilliyi olan şəxsə birdəfəlik pul yardımı verilib.

2024-cü ildə ölkəyə repatriasiya edilmiş Azərbaycan vətəndaşları olan 46 qadın və uşağa (40-ı Suriyadan, 2-si İraqdan, 4-ü Türkiyədən), ümumilikdə isə 190 ailədə 544 şəxsə sosial reabilitasiyası xidmətləri göstərilib.

Seçilən
43
1
day.az

2Mənbələr