AZ

2024-cü ildə xaricdə münaqişə zonalarında döyüşmüş 5 nəfər Azərbaycan vətəndaşı ölkə ərazisinə gələrkən saxlanılıb

2024-cü il ərzində 9249,8 min şəxs (giriş 4609,8 min, çıxış 4640 min) və 1593 min nəqliyyat vasitəsinin (giriş 799,9 min, çıxış 793,1 min) dövlət sərhədindən hərəkəti müvafiq qaydada rəsmiləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, ötən il çıxışı qadağan olunan 5 600 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 181 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il ərzində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 5 nəfər Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisinə gələrkən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqanlara təhvil verilib:

“Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənədlərlə) 6 550 nəfər barəsində müvafiq qərarlar qəbul edilib”.

Seçilən
24
2
operativmm.az

3Mənbələr