AZ

Ərəblər Osimhenə “elçi düşdü”

Müqavilə ilə “Napoli”yə məxsus olan, icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. “Əl Hilal” 26 yaşlı nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Klub oyunçunun sərbəstqalma məbləği olan 75 milyon avronu “Napoli”yə ödəməyə hazırdır.

Osimhen bu mövsüm “Qalatasaray”la Super Liqada 21 oyunda 17 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun sözləşməsi iyula kimidir.

Seçilən
53
3
futbolpress.az

5Mənbələr