AZ

2021-2024-cü illərdə 17,6 milyard manat xərclənib, bu il 4 milyard manat xərclənməsi nəzərdə tutulub

2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub", - deyə o qeyd edib.

© "Report" 

Seçilən
81
7
marja.az

8Mənbələr