AZ

Binəqədidə 22 kiloqram narkotik vasitə aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən hafta.az-a verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir şəxs - 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin bu ilin əvvəlindən Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 odlu silah, 172 patron və 2 əl qumbarası aşkarlanıb.

Seçilən
17
24
hafta.az

10Mənbələr