Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və bir sıra vacib qərarlar verilib.
Toplantıdan yayılan şəkillərdən görünür ki, bugünkü iclasda İcraiyyə Komitəsinin üzvlərindən olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov iştirak etməyib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az saytının bununla bağlı sorğusuna cavab olaraq bunun "Qarabağ"ın sabahkı oyunu ilə əlaqədar olduğunu bildirib. O, Q.Qurbanovun sabah Misli Premyer Liqasının 27-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına görə komandası ilə Tovuza yollandığını deyib.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.