Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar (Rzayev) bu gün 87 yaşını qeyd edir.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Xalq yazıçısı yüzdən çox şəxsdən təbrik aldığını bildirib:
“Səhər saat 9-dan təbrik etməyə başlayıblar. Ən az 100 adam zəng edib. AYB-yə də xeyli adam gəlib. Qəzetlərdə də dərc olunub. Hamısı çox sağ olsunlar. Gənclərə xoşbəxtlik, uğurlar arzu edirəm. Yaradıcılığımla bağlı planlarım var, çoxdur. Allah ömür versin, həyata keçirək”.
Telegram kanalımız