ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, keçmiş lider Co Baydenin həyat yoldaşı Cil onun üçün ölkəni idarə edib. Onun sözlərinə görə, bu da hazırkı prezident Donald Trampın imkan verməyəcəyi iqtisadi fəlakətə gətirib çıxarıb.
“Bizdə prezident kabinet iclaslarında oturub yatır, arvadı isə iclasları aparır və heç kimin heç nə etmirdi” – Vens deyib. O qeyd edib ki, iqtisadiyyatdakı kritik vəziyyətə görə ABŞ-da ticarət kəsiri 3 milyard dollara çatıb: “Prezident Vaşinqtonda 40 illik uğursuz ikipartiyalı konsensusu dəyişir, hansı ki, amerikalı işçiləri satıb Birləşmiş Ştatların iqtisadi gücünü məhv edirdi”.
Xatırladaq ki, Tramp martın 5-də Konqresdə çıxışı zamanı Co Baydenin prezidentliyi dövründə ABŞ-da daha da pisləşən eyni problemləri qeyd edib. Ağ Evin rəhbəri vurğulayıb: “Amerikanın qızıl dövrü yeni başlayır. Bu, dünyanın heç vaxt görmədiyi bir şey olacaq”.
//Samir Qurbanov, Editor.az