AZ

Deputat: RİH-lər səlahiyyətsiz quruma çevrilib

“Azərbaycanda  enerji sahəsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinə də diqqət yetirmək laızmdır. Bir çox sahələrdə müsbət irəliləyişlər olsa da, iqtisadiyyatın bəzi sahələrinə daha ciddi diqqətə ehtiyac yaranıb. Ölkəmizdə ənənəvi olaraq toy, yas, tikinti və kənd təsərrüfatı kütləvi iş yerləri yaradıb”.

Demokratikmusavat.comxəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə hökumətin illik hesabatını zamanı çıxışında deyib.

Deputat bildirib ki, bütövlükdə azad olunmuş əraziləri çıxmaq şərtilə Azərbaycanın bütün ərazisi üzrə tikinti sahəsində ciddi çətinliklər var: “Qanunlar və qaydaların daha da sadələşdirilməsinə, tələb olunan prosedurların yüngülləşdirilməsinə və bu sahədə baş verən gecikdirmələrin qarşısının alınmasına, tikinti icazələrinin verilməsinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var”.
O əlavə edib ki, bu sahədə aparılacaq islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər və əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı: “Bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə təmamilə tərs mütənasibdir.
Digər bir vacib məsələ yerlərdə tikintilərlə bağlıdır və keçən sessiyada ətraflı olaraq çıxış etmişəm. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Demək olar ki, bu sahədə icra hakimiyyətləri ilə heç bir problemi həll edə bilmirik. Çünki, onların xeyli səlahiyyətləri əllərindən alınıb və hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir.

 İcra hakimiyyətləri rayonlara cavabdehdir və zənnimcə bütün səlahiyytlər də onlarda olmalıdır ki, operativ şəkildə işləyə və rayonları inkişaf etdirə bilsinlər.  Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? 
Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk tikənin, həyətində sanitar qovşaq tikənin belə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü? Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmala bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır.  
Bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var. Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır”.
Deputat sonda baş nazirə  iqtisadçı alimlərin, mütəxəssislərin, maliyyəçilərin, sabiq hökumət üzvlərinin,  sabiq nazirlərinin,  bu sahədə fəaliyyət göstərən digər əlaqədar insanları dəyirmi masa keçirilməsini təklif edib.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
56
4
Demokratikmusavat.com

5Mənbələr