AZ

Kanadanın yeni Baş naziri kimi and içdi

İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni rəsmi olaraq Kanadanın baş naziri kimi and içib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada baş nazirinin saytında məlumat verilib.

Xatırladaq ki, martın 9-da keçirilən səsvermədə Karni 85,9% səs toplayaraq ən yaxın rəqibi, keçmiş maliyyə naziri Kristia Friləndə qalib gəlib.

Qeyd edək ki, Karni yanvar ayında istefa verdiyini elan edən Baş nazir Castin Trüdonu əvəzləyir.

Seçilən
103
5
qafqazinfo.az

7Mənbələr