AZ

"Ölkədə köklü islahatlar aparılmalıdır”

"Hörmətli sədr, öncə sizi martın 11-də qonşu ölkə Gürcüstana dostluq və əməkdaşlığın inkişafına töhfə verəcək uğurlu səfərə görə təbrik edirəm və hörmətli Baş nazirin təbriklərinə qoşuluram. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları məlumatlara görə, Ermənistanla sülh sazişinin mətni razılaşdırılıb, Ermənistan Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan bütün təkliflərini qəbul edib. Bu, böyük diplomatik uğura görə, Azərbaycan Respublikası Prezidentini, hökumət üzvlərini, xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Hökumətə, görülən işlərə xüsusilə Qarabağda aparılan bərpa-quruculuq işlərinə görə öz minnətdarlığımı bildirirəm”.

Aznews.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib”.

“İnsanlarımızı ən çox narahat edən məsələ...”

Millət vəkili əlavə edib: “2000 il əvvəl böyük filosof və Roma imperatoru Markus Aurelius deyirdi ki, “çox və davamlı tərif asılılıq yaradır”. Müasir elmi araşdırmalar da bunu təsdiq edir. Ona görə istərdim ki, hesabatla bağlı toxunmaq istədiyim məsələləri təklif və sual kimi qəbul edəsiniz.

Öncə diqqəti ona cəlb etmək istəyirəm ki, insanlarımızı ən çox narahat edən məsələ ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. İnsanlar qazanclarının böyük hissəsini ərzaq məhsulları almağa yönəldir. Hesabatda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsal qiyməti hesabat dilində 4,7 faiz artıb. Amma onların pərakəndə satış nöqtlərində qiymətlərinin nə qədər qalxması barədə məlumat yoxdur. Hesabatda o da öz əksini tapmayıb ki, hansı ərzaq məhsulu ilə əhalini hansı həcmdə yerli istehsal hesabına təmin edirik. Hesabatla tanışlıq zamanı bəlli olur ki, 2024-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcədən 362,5 milyon manat subsidiya ayrılıb, 50,6 milyon manat güzəştli kreditlər verilib, kənd təsərrüfatı texnikası alınması üçün 80,8 milyon manat, damazlıq heyvan alışı üçün 17,4 milyon manat güzəşt vəsaiti ayrılıb və s. Bu heç də az vəsait deyil, amma qarşılığında nə müşahidə edirik? Ərzaq məhsullarının ölkəmizə idxalı son illər davamlı olaraq artmaqdadır. Hesabat ilində əkin və çoxillik əkmələrin sahəsi əvvəlki illərlə müqayisədə 6,5 faiz, dənli və dənli paxlalıların əkin sahəsi 7,7 faiz artsa da, bitkiçilik məhsulları üzrə artım 1,1 faiz, heyvandarlıq məhsulları üzrə artım isə 1,7 faiz olub. Hökumətin bu sahəyə nəzarəti gücləndirməsinə, şəffaflığın artırılmasına, bacarıqlı və yüksək ixtisaslı kadrlar hesabına bu sahənin inkişaf etdirilməsinə ciddi ehtiyac var”.

“44 mindən artıq qeydiyyatsız obyektlərin sənədləşdirilməsi...”

Millət vəkili həmçinin bildirib: “Təəssüf ki, hesabatda bu və ya digər sahələrdə hökumətin üzləşdiyi çətinliklər və problemlər, onların həllinə dair düşüncələr və planlar barədə heç nə göstərilmir. Zamanın azlığını nəzərə alıb, hökumət üzvlərinə 3 sualla müraciət etmək istəyirəm. Birinci sualım ondan ibarətdir ki, bir il öncə biz, hökumətin öz təklifi ilə müxtəlif qanunvericilik aktlarına dəyişiklik etdik və bizə verilən məlumata görə, 44 mindən artıq qeydiyyatsız obyektlərin sənədləşdirilməsini qanunvericilik qaydasında hökumət qarşısında bir vəzifə kimi qoyduq. Bilmək istərdim ki, neçə belə obyekt rəsmi qaydada qeydə alınıb, hökumət keçən dövrdə bu işin öhdəsindən necə gəlib?

Seçilən
24
2
aznews.az

3Mənbələr