AZ

Millimizin Moldova ilə oyun üçün heyəti

19 yaşadək futbolçulardan ibarət millimiz martın 17-dən 23-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Hazırlıq çərçivəsində U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17.00-da başlayacaq.

Milliyə dəvət edilən futbolçularla tanış ola bilərsiz: Həbib Hüşənov, Ziya Şəkərxanov, Ömər Kərimov (hamısı "Qəbələ"), Aftandil Arıxov, Nihad Orucəli, Toğrul Tapdıqlı, Vüsal Paşayev, Əli Qurbanov (hamısı "Sumqayıt"), Murad Mustafayev, Həsən Mahmudlu, Əli Nəbizadə (hamısı "Neftçi"), Rəşad Alışov, Ömər Həsənli, Hikmət Cəbrayılzadə, Elton Babazadə, Məsud Əlişanlı (hamısı "Qarabağ"), Seydi Danzıyev, Əmir Əliyev, Emin Feyzullayev, Babamirzə Mehdiyev, Ayxan Əlizadə (hamısı "Sabah"),Arzu Mədətov (Turan Tovuz), Rauf Qafarov (Zirə), Məmməd Mahmudlu ("Stad Nyon", İsveçrə).

Seçilən
104
9
football-plus.az

10Mənbələr