AZ

“Araz-Naxçıvan”la “Şamaxı”dan heç-heçə - Video

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Açılış matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, turun “Kəpəz” - “Qarabağ” və “Sabah” - “Zirə” oyunları sabah keçiriləcək. “Səbail” - “Neftçi” və “Turan Tovuz” - “Sumqayıt” görüşləri isə martın 16-da baş tutacaq.

Seçilən
2
4
qafqazinfo.az

5Mənbələr