AZ

3 boksçumuz finalda

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Apasport.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanaraq finala vəsiqə əldə edib.

50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib - 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Anaxanım İsmayılova dünya çempionatında mərhələ adlayıb

Olimpiya çempionu Bakıya gəlib

Aynur Mikayılova dünya çempionatına qələbə ilə başlayıb

Qadın boksçumuz ermənistanlı rəqibini məğlub edib

Boksçularımız Debretsendə beynəlxalq turnirdə mübarizə aparacaq

Seçilən
96
11
apasport.az

10Mənbələr