AZ

İtaliya millisinin Almaniya ilə matçlar üçün tərkibi

style='margin-bottom:10px;'>

İtaliya millisi UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Almaniya ilə keçiriləcək oyunlar üçün yekun heyətini açıqlayıb.

QOL.az xəbər verir ki, komandaya 23 futbolçu çağırılıb.

Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret (Napoli), Quglielmo Vikario (Tottenhem, İngiltərə).

Müdafiəçilər: Destiny Udoji (“Tottenhem”), Andrea Kambiaso, Federiko Qatti (hər ikisi “Yuventus”), Alessandro Bastoni (“İnter”), Alessandro Buongiorno, Covanni Di Lorenzo (hər ikisi “Napoli”), Rikkardo Kalafiori (“Arsenal”, İngiltərə), Pietro Komuzzo (“Fiorentina”), Matta Ruggeria (Fiorentina).

Yarımmüdafiəçilər: Nikolo Barella, Davide Frattesi (hər ikisi "İnter"), Nikolo Rovella (Latsio), Samuele Riççi, Çezare Kasadei (hər ikisi Torino), Sandro Tonali (Nyukasl, İngiltərə).

Hücumçular: Moyze Kin (Fiorentina), Lorenzo Luka (Udineze), Daniel Maldini, Mateo Reteqi (hər ikisi Atalanta), Matteo Politano, Cakomo Raspadori (hər ikisi Napoli), Mattia Zakkani (Latsio).

İtaliya millisi Almaniya ilə martın 20-də (evdə) və 23-də (səfərdə) qarşılaşacaq.

Seçilən
94
1
teleqraf.com

3Mənbələr