Qeyd edək ki, Durov 2024-cü il avqustun 24-də axşam “Paris Le Burje” hava limanında saxlanılıb. Teleqramın təsisçisi daha sonra məhkəmə nəzarətinə götürülüb və ona beş milyon avro məbləğində girov ödənilməsi barədə qərar verilib. Məhkəmə ona 6 ay müddətinə Fransa ərazisini tərk etməyə qadağa qoyub.