Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Baş Elmi Şurasının 2025-ci il 14 yanvar tarixli qərarı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, türk və ingilis dillərində “Professor Yaqub Mahmudov” adlı kitab çap olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Aznews.az-a bildirilib ki, nəfis şəkildə çap olunan kitabın elmi redaktoru TDABEA-nın Ankara şəhərində başqanı, professor Hayrettin İvgindir.
Yeni nəşrdə AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşrə, həmçinin görkəmli tarixçi alimin həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.