İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri güllələnib.
reportyor.tv xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, insident Təftan şəhərində baş verib. SEPAH zabitləri naməlum silahlılar tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər ağır yaralanıb.