Demokrat.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.