ABŞ məhkəməsi ölkə prezidenti Donald Trampın əvvəllər istədiyi kimi, miqrantların təyyarə ilə ölkədən çıxarılmasının dayandırılmasını tələb edib. Manset.az Politico-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin hakimi Ceyms Boasberqə bildirib. "Bu adamları daşıyan istənilən təyyarə ABŞ-yə qaytarılmalıdır. Bunun dərhal həyata keçirildiyinə əmin olun", - hakim söyləyib. Məhkəmə daha əvvəl Tramp administrasiyasının planlaşdırdığı 1798-ci il qanununa əsasən beş venesuelalının deportasiyasının müvəqqəti dayandırılmasına qərar vermişdi. Məhkəmə indi bu qərarı ABŞ-nin yeni hökumətinin qanun çərçivəsində deportasiya etməyə çalışdığı bütün miqrantlara şamil edib. Qeyd olunub ki, müvəqqəti qadağa Trampın sərəncamının qanuniliyi müəyyən edilənə qədər 14 gün müddətinə tətbiq edilib.