2024-cü il IV rüb maliyyə hesabatı açıqlanan “Premium Bank”ın gəlir və xərclərində bir sıra mənfi tendensiyalar müşahidə olunub. Xüsusilə, qeyri-faiz gəlirlərində, bankın aktivlərində, nağd pul vəsaitlərində və biznes kreditlərində azalmalar, ümumi xərclərdə və artım qeydə alınıb.
Valyuta.Az bankın açıqlanan maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin IV rübü üzrə bankın qeyri-faiz gəlirləri 17 mln. 413 min manata düşüb. Halbuki bu rəqəm əvvəlki ilin müvafiq dövründə 17 mln. 837 min manat təşkil edib.