"Report"un məlumatına görə, bunu Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.
Ölənlərdən 35-nin şəxsiyyəti müəyyən edilib, onlardan 31-i Koçani şəhərinin, 4-ü Ştip şəhərinin sakinləridir. Onların yaşları 14-27 arasındadır.
Yaralıların sayı 151 nəfərdir.
Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, 18 yaralının vəziyyəti ağırdır.