AZ

"Mançester Yunayted" 10 futbolçunu GÖNDƏRİR

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted" son illərdə ardıcıl uğursuz mövsümlər keçirdikdən sonra Ruben Amorim rəhbərliyi altında böyük bir dəyişiklik etməyə hazırlaşır.

SeherXeber.org xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandaya gəlişi də problemləri həll etmək üçün yetərli olmayıb. Heyətin yetərsiz olması gündəmdədir və klub yay transfer dönəmində tam 10 futbolçu ilə yollarını ayırmağa qərar verib.

"Mançester Yunayted"in transfer siyahısına əlavə olunan futbolçular bunlardır:

Kazemiro

Meyson Maunt

Kristian Eriksen

Rasmus Heylund

Conni Evans

Tom Hiton

Viktor Lindelöf

Antoni

Ceydon Sanço

Markus Reşford

"Mançester Yunayted" rəhbərliyi bu oyunçular üçün yay transfer pəncərəsində gələcək təklifləri dəyərləndirməyə hazırdır. Klub əsasən gənc və perspektivli futbolçularla heyətini yenidən qurmağı hədəfləyir.

Bu böyük dəyişiklik "qırmızı şeytanlar"ın qarşıdakı mövsümlərdə daha iddialı olması üçün atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.  /Offsideplus.az

Seçilən
53
7
seherxeber.org

9Mənbələr