AZ

ABŞ-la ticarət müharibəsinə hazırlaşmalıyıq - Bayru

Avropa ABŞ ilə ticarət müharibəsinə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Fransua Bayru müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa təkcə hərbi təhdidlərə deyil, həm də iqtisadi mübarizəyə ciddi şəkildə hazırlaşmalıdır.

“Gömrük rüsumlarının tətbiqi həm bizim, həm də Amerika məhsullarını təhdid edir”, – deyə Bayru vurğulayıb.

Bununla belə, Baş nazir ticarət müharibəsini ifrat tədbir adlandıraraq, Avropa ilə ABŞ arasında diplomatik həll yollarının mümkün olduğunu qeyd edib.

Seçilən
57
1
axar.az

2Mənbələr