Şüvəlandakı Ağırlıqqaldırma Akademiyasında keçirilən U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü gərgin və maraqlı mübarizə ilə yadda qalıb.
Day.Az xəbər verir ki, yarışın yekununda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyən edilib.
U-15 kateqoriyası üzrə nəticələr:
67 kq - Hikmət Məhərrəmov 203 kq (85 kq + 118 kq) nəticə göstərərək qızıl medal qazanıb.
73 kq - Lətif Əliyev 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci yeri tutub.
Yeniyetmələr kateqoriyası üzrə nəticələr:
67 kq - Kamran Xappayev 235 kq (108 kq + 127 kq) nəticə ilə çempion olub.
73 kq - Əbdülhüseyn Hüseynov 241 kq (108 kq + 133 kq) nəticə ilə qalib gəlib.
Beləliklə, yarış yüksək səviyyədə təşkil olunaraq, idmançılar arasında güclü rəqabətə şahidlik edib.