Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandasının baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu. O, bu komandanı 16 oyuna çıxarıb. “Dənizçilər” bu görüşlərdə cəmi 3 qələbə qazanıblar, 4 heç-heçə və 9 məğlubiyyət görüblər.
“Səbail” Azərbaycan Premyer Liqasının turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Cavid Hüseynov daha öncə “Şamaxı”, “Cəbrayıl” və “Turan Tovuz”da da çalışıb.