“Barselona”nın 36 yaşlı veteran ulduzu, polyak mərkəz hücumçusu Robert Levandovski iddialı çıxışı ilə diqqət çəkib.
Arena.az məlumat verir ki, polyak futbolçu İspaniyanın “Movistar Futbol” telekanalının efirində özünün fiziki forması haqda söhbət açıb hələ futbolda son sözünü demədiyini vurğulayıb:
“Mən, hər gün oynamağa davam etmək imkanını intizarla gözləyirəm. Bunca gənc oyunçuların arasında olmaqla, mən özümü daha da gənc hiss edirəm. Mən meydandan formada qalmaq üçün meydandan kənarda çox şeylər edirəm – fiziki bərpa üzrə iş və daha çox şeylər. Bu, mənə ən yaxşı formamda qalmağa və ən yüksək səviyyədə çıxış etməyə imkan verir. Mən yaxşı fiziki formadayam və yüksək səviyyədə oynamağa davam edə bilərəm… Mən hələ son sözümü deməmişəm”, deyə “Lyova” vurğulayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 39 oyuna çıxıb, 34 qol vurub və 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 134 oyun, 93 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.