Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarıVladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.
Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evin mətbuat xidmətinəbildirib.
"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir.Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mənçərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə D.Trampbildirib.
D.Tramp qeyd edib ki, V.Putinlə söhbəti zamanı ərazilərməsələsini müzakirə etmək niyyətindədir.