
Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.
Reyting.az-ın məlumatına görə, günün yeganə matçında "Sumqayıt" "Ordu"nu qəbul edəcək.
Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 25 xalla dördüncü, qonaqlar 23 xalla beşincidir.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.(Report)