AZ

Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Qeyd edək ki, federasiya 2002-ci ildə yaradılıb. 2023-cü ilin sentyabr ayında struktur dəyişikliyindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev federasiyanın sədri seçilib.

Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.

Seçilən
45
6
apa.az

8Mənbələr