1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da özünə qəsd edib.
Oxu.Az-ın məlumatına görə, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ələkbər Səfərlinin atası bu gün intihar edib.
1977-ci il təvəllüdlü Muxtar Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub.
Qohumlarının verdiyi məlumata görə, hadisəyə səbəb M.Səfərovun oğlunun intihar etməsinə görə özünü bağışlamamasıdır.
Qeyd edək ki, martın 14-də atası ilə mübahisə edən 2007-ci il təvəllüdlü Ələkbər Səfərli həyətdə olan ot saxlancında özünü kəndirlə asaraq intihar etmişdi.
Faktla bağlı araşdırma aparılır.
Murad Həsənov