AZ

Taekvondoçularımız Belçikada 11 medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə 11 medal qazanıblar.

Apasport.az xəbər verir ki, medalladan altısının əyarı qızıl, biri gümüş, dördü isə bürünc olub.

Mədinə Aslanlı (29 kq), Eda Eren (55 kq), Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yusif Nağızadə (57 kq) ikinci yerlə kifayətlənib. Fidan Muxtarzadə (29 kq), Aysu Aslanlı (41 kq), Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) isə bürünc medal qazanıblar.

Vaqif Cavadov: “Başımızı aşağı salıb yolumuza davam edəcəyik”

"Sumqayıt” Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB

Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Cavid Hüseynov: “Sponsorumuz onsuz da komandadan əl çəkib”

Samir Abasov: “Mənim getməyimi istəyirsiz?”

Seçilən
81
9
apasport.az

10Mənbələr