AZ

Alimlər ölümcül Ebola qızdırmasının müalicəsində irəliləyiş əldə edib

Texas Universitetinin amerikalı alimləri Ebola qızdırması ilə mübarizədə irəliləyiş əldə ediblər. Onlar ilk dəfə Obeldesivir adlı ağızdan qəbul edilən dərman vasitəsi ilə meymunları xəstəlikdən uğurla sağaldıblar...

Poliqon xəbər verir ki, tədqiqat Science Advances (SciAdv) elmi jurnalında dərc olunub.

Ebola qızdırması ilk dəfə 1976-cı ildə aşkar edilmiş ölümcül virus xəstəliyidir. Bədən mayeləri ilə birbaşa təmas zamanı ötürülür və ağır qanaxmaya, orqan çatışmazlığına və yüksək ölümə səbəb olur. Peyvənd və venadaxili müalicə üsulları mövcud olsa da, onların istifadəsi yüksək qiymətə, soyuducuya ehtiyaca və yoxsul ərazilərdə tətbiqdə çətinliklərə görə məhduddur.

Obeldesivir əvvəlcə COVID-19-un müalicəsi üçün hazırlanmış Remdesivir dərmanının oral formasıdır. O, virusun çoxalması üçün lazım olan fermenti bloklayır və geniş fəaliyyət spektrinə malikdir, bu da onu Ebolanın müxtəlif suşlarına qarşı effektiv edir.

Komanda insanlarla yaxın qohum olan rezus və sinomolqus makakaları üzərində sınaqlar aparıb. Obeldesivir həbləri birinci növ meymunlarda 100%, ikinci növ primatlarda isə 80% sağ qalmağı təmin edib.

Mütəxəssislər qeyd edirlər ki, dərman təkcə qanı virusdan təmizləmir, həm də orqan zədələnməsinin qarşısını alaraq immun reaksiyanın inkişafına kömək edir.

Poliqon.info

Seçilən
68
2
poliqon.info

3Mənbələr