Gürcüstan məhkəməsi sabiq prezident Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçmək ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Pirveli” məlumat yayıb.***
Bu gün Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, martın 12-də Tiflis məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.