AZ

ABŞ-Aİ iqtisadi qarşıdurması transatlantik ticarəti 9,5 trilyon dollar azalda bilər – “Reuters”


ABŞ və Aİ arasında tarif müharibəsi transatlantik ticarətin ildə 9,5 trilyon dollar azalmasına səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ-dəki Amerika Ticarət Palatasının əldə etdiyi hesabata istinadla məlumat yayıb.
Nəşr yazır ki, ABŞ və Aİ arasında mal və xidmət ticarəti 2024-cü ildə rekord həddə - 2 trilyon dollara çatıb.
Ancaq Vaşinqtonun polad və alüminiuma tətbiq etdiyi yeni tariflər, eləcə də digər məhsullara yüksəkfaizli rüsum tətbiq etmək hədələri bu sürəti məhv edə bilər. Bununla belə, transatlantik ticarətin əsas hissəsi iri korporasiyaların xarici filiallarına investisiyalar və satışlardan ibarətdir.
Qeyd edək ki, fevralın 10-da ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə polad və alüminiumun bütün tədarüklərinə 25% gömrük rüsumunun tətbiqi barədə göstəriş verib. Martın 12-də qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.
Seçilən
61
9
yeniavaz.com

9Mənbələr