3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı - DƏHŞƏT
Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da eyni əməli törədib.“BUTA TV” xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ə.S-nin atası bu gün intihar edib. 48 yaşlı M. Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


