Azərbaycanda oğlunun intiharına dözməyən ata özünü öldürüb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini, 48 yaşlı Muxtar Səfərov özünü öldürüb.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin kənddə məktəbli oğlan intihar edib. 17 yaşlı Ələkbər Səfərov yaşadığı evin həyətində ağacdan özünü asıb. Bu gün canına qəsd edən Muxtar Səfərov Ələkbərin atasıdır.
Atası oğlunun ölümünə dözmədiyi üçün intihar edib.