Olaylar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində qızıl idxalına təxminən 1,4 milyard dollar xərclənib.
Xərclənən vəsaitin həcmi yanvarda təxminən 690 milyon dollar, fevralda 740 milyon dollara yaxın olub.
Qızıl idxalının artırılmasında məqsəd Dövlət Neft Fondunun aktivlərinin qızılda saxlanılan hissəsinin artırılması ilə bağlıdır.
Məhz qızıl idxalının artırılması ilə əlaqədar olaraq 2025-ci ilin ilk 2 ayında Azərbaycanın ümumi idxalının həcmi ixracın həcminə yaxınlaşıb. Yanvar-fevralda 4,766 miyard dollarlıq ixrac həyata keçirildiyi halda idxalın həcmi 4,14 milyard dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31