Tbilisi Şəhər Məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Pirvəli" teleşirkəti məlumat yayıb.
Bu, Saakaşvilinin dördüncü həbs müddətidir. Əvvəlki hökmləri nəzərə alsaq, o, 2030-cu ildən tez azadlığa buraxılmayacaq.
2021-ci ildən həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və işgəncələrə məruz qaldığını iddia edib.